Korpusu əsasən metaldan olan birinci mobil telefonları yəqin ki, hamı xatırlayır, qabarıq və ağır olan bu telefonlar davamlı və üzün ömürlü idilər.
Yeni Samsung Galaxy J (2017) seriyasının zərif və premial dizaynı ilə bərabər, Samsung bizə dözümlülük və uzunömürlülük hissiyyatını geri qaytardı. Samsung-un təqdimatında metal korpus müasir dizayn, axarı cizgilər, incə forma və dayanıqlıq deməkdir. Yeni məhsul xəttinin təmsilçisi Samsung Galaxy J5 elementləri bir-birinə “kilidlənmiş”, qüsursuz, “aralıqları olmadan” tam metal korpusdan ibarətdir.
Bu cür metal korpus əllərinizə yay aylarında sözsüz ki, müsbət cəhət olan “soyuqluq” bəxş edəcək və zərif metalın hissiyyatını yaşadacaq. Metal özlüyünə baxmayaraq, korpusun eni 8 mm, çəkisi isə 160 qramdır. Samsung Galaxy J5-in yuvarlaq bucaqları smartfonu daha incə göstərir, korpusun arxa panelinin yuxarı və aşağı kənarlarında yerləşən plastik kantlar isə metal dizaynın üstünlüyünü vurğulayır. Bu xətlərin əsas təyinatı şəbəkə antenasının daha yaxşı funksionallığını təmin etmək olsa da, bu kantlar smartfonun dizaynına xüsusi gözəllik qatır.
Smartfonun ön hissəsində icazəsi 1280x720 olan 5,2-li Super AMOLED HD displey yerləşir. Bu displey kir və yağ əleyhinə oleofob örtüklə təchiz olunub, 2.5D möhkəmləndirilmiş şüşə ilə örtülüb. Həmçinin burada 13 MP kameralardan biri də yerləşir. Samsung Galaxy J5-in frontal kamerası LED flash və yaxşılaşdırılmış F/1.9 diafraqması sayəsində hətta zəif işıqlanma şəraitində belə daha aydın və daha dəqiq detalizasiyalı selfilər çəkməyə imkan yarardır. PALM Selfie funksiyası isə tək bir hərəkətlə şəkil çəkməyə kömək edir ki, bunun üçün sadəcə əlinizin içini kameraya “göstərirsiniz”. Smartfonun əsas kamerası qabarıqlıq yaratmadan tam şəkildə korpusa “yerləşdirilib”. 13 Mp icazəli və F/1.7 aperturalı bu kamera hətta zəif işıqlandırılma şəraitində də qüsursuz şəkillər çəkir, intuitiv başa düşülən (anlaşılan) interfeysi və“çəkim” düyməsininekran boyunca hərəkət etməsi (yerinin sizə uyğun olaraq dəyişilməsi) sayəsində isə bir əl ilə belə rahat şəkillər çəkməyə imkan yaradır. Tətil şəkilləriniz həmişəkindən daha dəqiq və aydın olacaq, Galaxy J5 (2017) foto həvəskarları üçün əsl tapıntıdır.
Metal “dəbilqə” altında J5-in səkkiz nüvəli prosessoru döyünür. Prosessorun işləmə tezliyi 1.6 Qhz, RAM isə 2 QB təşkil edir. Smartfonun daxili yaddaşı isə 16 QB-dır və micro SD kart vasitəsi ilə 256 Qb-ta qədər artırıla bilər. Əlavə olaraq, yaddaş kartı ilə birgə smartfon ikinci sim kartı da dəstəkləyir. Cihazın təhlükəsizliyi də artırılıb, indi J5 smartfonu şəxsi məlumatlarınızı daha yüksək şəkildə qorunması üçün ən sürətli barmaq izi skanerlərinin biri ilə təchiz olunub.
Samsung Galaxy J5 metal və funksionallığın zərif birləşib. Həmçinin qeyd etmək lazımdır ki, bu smartfonu artıq Azərbaycanda da əldə etmək olar. Yeni “J” seriyalı smartfonıarı artıq: BakuElectronics, İrshad Telecom, Kontakt Home, Maxi.az və Soliton mağazalar şəbəkəsində əldə etmək olar.
*Diqqət! Samsung smartfonlarını alarkən mütləq orijinallıq holoqramına nəzər yetirin.
Reklam hüququnda