İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Səlminaz Quliyeva yerləşdiyi hərbi hospitaldan mülki xəstəxanaya köçürülüb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Onun sözlərinə görə, S.Quliyeva bu gün Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasına köçürülüb.
“Xəstənin bədənindəki bütün qəlpələr çıxarılıb. Xəstə üzərində təkrar əməliyyatın aparılmasına ehtiyac yoxdur. Xəstənin sağlamlıq durumu yaxşılaşır. Vəziyyəti stabildir və qənaətbəxş hesab olunur. Hazırda xəstə ciddi nəzarət altındadır”.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!
Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ
S.Xankişiyeva