İyunda SOCAR tərəfindən 10450 metr qazma işi həyata keçirilib
06 iyul, 2017 23:38
2017-ci ilin iyun ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10450 metr qazma işi həyata keçirilib.
SOCAR-dan 1news.az-a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 10111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73789 metr qazma işi görülüb ki, bunun da 68007 metri istismara, 5782 metri isə kəşfiyyata aid olub.
2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
1news.az