Xəbərlər

Dövlət İmtahan Mərkəzi iyulun 5-də keçirilmiş imtahanların nəticələrini açıqlayıb
06 iyul, 2017 22:55

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilmiş imtahanların nəticələrini elan edib.

DİM-dən 1news.az-a verilən məlumata görə, imtahanların nəticələri iyulun 6-da Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 17928 abituriyentdən 3295-i imtahana gəlməyib. İmtahanda iştirak edən 14633 abituriyentdən 14-ü imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4886 abituriyentdən 1027-si imtahana gəlməyib.

Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.