Məlum olduğu kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Həmçinin 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Nəzərə alaq ki, bu, qatil ermənilərin ilk qurbanları deyil. Ta Xocalı soyqırımından indiyədək ermənilər qoca, cavan, uşaq demədən dinc əhalini qətlə yetirib, min bir işgəncələrə məruz qoyub.
Xatırladaq ki, 2011-ci il martın 8-də erməni snayperindən açılan atəş nəticəsində Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu qətlə yetirilib. Ailəsinin yeganə övladı olan 9 yaşlı Farizin ölümü atəşkəs dövründə ermənilər tərəfindən törədilən ən dəhşətli qətllərdən biridir.
Farizin qətlindən az sonra isə daha bir uşaq erməni vəhşiliyinin qurbanı olub. Belə ki, həmin il iyul ayının 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində Ermənistan xüsusi xidmət orqanlarının oyuncağa quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə yaralanıb.
Hadisə ilə bağlı ölkənin bütün mətbu orqanları, eləcə də dövlət qurumları öz münasibətlərini bildiriblər, eləcə də yerli və xarici nüfuzlu təşkilatlara müraciət ünvanlayıblar.
Lakin bunlarla yanaşı 1news.az diqqətinizə Kirpi online jurnalının karikaturaçıları Cavad Qaffar, Fərid Hüseynli və Şəhriyar Sarıcanın çəkdiyi karikaturaları çatdırmaq istəyir.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!
Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ
S.Xankişiyeva