Ermənilərin tarix boyu Azərbaycan torpaqlarına yiyələnmək istəyi və buna nail olmaq üçün ən alçaq və rəzil üsullardan istifadə edərək tarixi Azərbaycan torpaqlarının dədə-baba yurdu adlandırması erməni riyakarlığının bariz nümunəsidir.
1news.az-a “ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən verilən xəbərə görə, bu barədə təşkilatın bəyanatında deyilir:
“Böyük Ermənəistan” xülyasına qapılmış ermənilər 1992-1993-cü illərdə Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salmışlar.
İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, yenə cəmi uzunluğu 3984 m olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km qaz boru xətti, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılmışdır.
İşgal edilmiş bölgələrdə cəmi 140 min şagirdin oxuduğu olan 600 məktəb, 53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi, 2 yüksək öğrənim qurumu məhv edilib. 700 səhiyyə ocağı, bu bağlamda 800 nəfərlik xəstəxana, poliklinikalar, doğum evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıtılmıştır. Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır.
Azərbaycana aid 903 dövlət qeydiyyatında olan, 1500 Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələri, minlərcə əsərin qorunduğu 26 müzey, 8 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib.
Erməni terroru ən rüsvayçı addımını isə Xocalıda atıb. Belə ki, 25-26 fevralın hadisələri zamanı zərər çəkmiş ölü sayı 613 nəfər idi, bunlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlar olmuşdur, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər, o cümlədən 76 uşaq yaralanmışdır. 1275 nəfər əsir götürülmüş, 150 Xocalı sakini itkin düşmüşdür.
Azərbaycana qarşı illər boyu ermənilər tərəfindən törədilən bu kimi terror və soyqırım bu gün də Ermənistanın dövlət siyasəti səviyyəsində davam etdirilir.
iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutulub. Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilib.
Ermənistan dövləti bununla da növbəti dəfə beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozub.
Ermənistan tərəfi bu kimi hallarla mənfur və işğalçı siyasətini davam etdirərək, Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi ilə bağlı Haaqa konvensiyalarına, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qəti şəkildə pozur.
Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsi, regionda əvvəlki kimi dinc sakinlər arasında qurbanların sayının artmasını qaçınılmaz edir.
“ASAN Könüllüləri” təşkilatı olaraq bütün beynəlxalq təşkilatıları Ermənistanın sərgilədiyi bu vandal siyasətə qarşı laqeyd qalmamağa, Ermənistan hakimiyyətinin cəzalandırılması üçün mühim addımlar atmağa çağırırıq”.
S.Xankişiyeva