Xəbərlər

KPMG və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Korporativ İdarəetmə üzrə seminar keçirir
06 iyul, 2017 15:40

İyulun 6-da KPMG Azərbaycan şirkəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) ilə birlikdə Azərbaycan Respublikasının dövlət müəssisələri üçün “Korporativ İdarəetmə” mövzusunda ikigünlük təlimə start verib.

Təlimin məqsədi Korporativ İdarəetmə prinsiplərinin tətbiqi ilə bağlı dövlət müəssisələrinin potensialının və məlumatlılığının artırılması, əməliyyatların səmərəliliyi və şəffaflığını təmin etmək üçün inteqrasiya edilmiş sistemlər çərçivəsində ən üstün əməliyyat modellərinin nümayişi və vəzifə və öhdəliklərin bölüşdürülməsi, habelə korporativ idarəetmənin optimal prinsipləri əsasında rəhbərliklə idarəçilik arasında vəzifələrin aydın bölüşdürülməsi, daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi, strateji planlama kimi müxtəlif əməliyyat strukturlarının həcminin və funksional çərçivəsinin müəyyən edilməsindən ibarətdir.

İİKTM-nin İcraçı Direktoru Vüsal Qasımlı tədbirin təşkili üçün KPMG Azərbaycan şirkətinə öz minnətdarlığını ifadə edərək, dövlət müəssisələrində Korporativ İdarəetmə prinsiplərinin tətbiqi və dəstəklənməsi məqsədilə dövlət strategiyasının və prioritetinin tətbiqində bu seminarın əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, bu seminar müxtəlif dövlət müəssisələrinin öz təcrübələrini bölüşmələri, müxtəlif prinsiplərin tətbiqində problem və çətinliklərin interaktiv formada müzakirə edilməsi, korporativ idarəetmə prinsiplərinin daha praktik və səmərəli formada tətbiqində ən qabaqcıl beynəlxalq təcrübənin əldə edilməsi üçün unikal imkan yaradır.

KPMG Azərbaycan şirkətinin İdarəedici Partnyoru Vüqar Əliyev öz çıxışında qeyd etdi ki, Korporativ İdarəetmə prinsiplərinin tətbiqi qlobal çərçivədə KPMG tərəfindən xidmətlərin göstərilməsi zamanı hər zaman prioritetlərdən biri olub. Bununla bağlı olaraq, KPMG Azərbaycan korporativ idarəetmə prinsiplərinin tətbiqi ilə bağlı Azərbaycanın müxtəlif özəl və dövlət müəssisələri ilə əməkdaşlıq edir. O, həmçinin, KPMG Azərbaycan şirkətinin bu məsələ ilə bağlı dövlət təşəbbüsünü gələcəkdə də dəstəkləyəcəyini vurğulayıb.

Tədbirdə 30-a qədər təşkilatın orta və yüksək səviyyəli rəsmiləri iştirak edib və təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Reklam hüququnda

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.