Batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
05 iyul, 2017 19:14
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Neftçala şəhərində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.
Bənzər hadisə Şirvan şəhərində də qeydə alınıb. Bir 1 nəfər Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhəri, Sabunçu rayonunda da 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həmin şəxs də xilas edilib.
1news.az