Lerik rayonunda meşə gözətçisinə və onun müdirinə xəsarət yetirən şəxslər saxlanılıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyulun 2-nə keçən gecə Lerik rayonunun Gəgiran kəndinin meşə zolağında 3 naməlum şəxs xuliqanlıq zəminində Lerik rayon meşə mühafizəsi və bərpası müəssisəsinin müdiri Eyvaz Babayevə və gözətçi Adıgözəl Cavadova dəmir parçası ilə xəsarət yetiriblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Rövşən Novruzov, qardaşı İdris və onun oğlu Aqil tutulublar.
Mövzu ilə bağlı:
Xidməti vəzifəsini yerinə yetirən meşəbəyinə ağır bədən xəsarətləri yetirilib – FOTO
Babək Cahandarov