Yaponiyanın aparıcı boya və dekorativ örtük istehsalçısı olan “Kansai Paint” şirkəti Bakıda ilk Dizayn Mərkəzini açıb. Yeni açılmış mərkəz Bül-bül prospekti, 25 ünvanında müştəriləri qəbul etməyə hazırdır.
Yeni açılmış mərkəz dizayn, rəng seçimi, işıqlandırılma və məkanın düzgün planlaşdırılması xidmətlərinin hamısını bir arada axtaran ev və ofis sahiblərinə interyer dizaynına aid konsultasiyadan əlavə peşəkar rəngsazlar tərəfindən göstərilən xidmətləri də təklif edir. Müxtəlif boya nümunələri əks olunan geniş ekranlar, özünəməxsus italyan dekorativ teksturalı suvaqlar və “Kansai Paint”in təcrübəli interyer dizaynerlərindən boya seçiminə dair ekspert məsləhətləri diqqətdən kənar qalmır. Mərkəzdə ev sahibləri və interyer dizaynlerlərinin seçiminə 300-dən çox real nümunə təqdim olunur. Yaponiya şirkəti 2017-2018-ci illər ərzində bütün Azərbaycan ərazisində distribusiya şəbəkəsini genişləndirməyi planlaşdırır. Mərkəzin daxili görünüşü elə qurulub ki, alıcılar özlərini evdəki kimi hiss etsinlər, bu da öz növbəsində kataloqda təqdim olunan 170-dən çox örtük növləri və 1 500 müxtəlif rəng təkliflərini diqqətlə nəzərdən keçirməyə və ən düzgün seçim etməyə imkan verir.
Təşkil olunan təqdimat zamanı qonaqları salamlayan “Kansai Paint” şirkətinin regional brend üzrə marketinq meneceri Mark Vur biznesin tarixi, brendin məqsədləri və Azərbaycan bazarında gələcək inkişaf planları barədə məlumat verib. O, bildirib ki, Azərbaycan tikinti və interyer dizaynı bazarı dinamik sürətlə inkişaf edir və burada ən son texnologiyalarla hazırlanan məhsullara göstərilən diqqət getdikcə artır.
“Biz perspektivdə Azərbaycanda böyük imkanlar və fürsətlər görürük. Ev sahibləri yaşayış sahələrini təmir etmək və dəyişmək istəyirlərsə, biz də öz növbəmizdə əvəzolunmaz təkliflərimizlə bunu asanlıqla həyata keçirmək imkanını alıcılarımıza hiss etdirmək niyyətindəyik. Biznes nöqteyi-nəzərindən yanaşsaq, biz Azərbaycana tamamilə yeni ideyaları gətirmişik və dəyərlər baxımından əsaslandığımız yapon irsi müştərilərimizi ən yüksək xidmət ilə təmin etməyə imkan verir. “Kansai Paint” olaraq inanırıq ki, hər kəs gözəl evə layiqdir və biz bunun mümkünlüyünü alıcılarımız üçün bacardıqca sadələşdirmək istəyirik”, - deyə Mark Vur bildirib.
Dizayn Mərkəzinin meneceri Lalə Kəngərlinskaya qeyd edib ki, hər bir məkana uyğunlaşma tələbini və müxtəlif sektorlarda çalışarkən yerli ənənələri qorumaq şərtilə müasir texnologiyaların tətbiqi məqamını nəzərə alaraq “Kansai Paint” öz məhsul çeşidləri artırıb:
“Ən yeni texnologiyalardan bəhrələnərək yaratdığımız məhsullar istənilən tikili növünü qorumaq və gözəlləşdirmək məqsədi daşıyır və istər yeni tikilmiş evin sahibi, istərsə də orijinal binanın tarixi gözəlliyini bərpa etməyə çalışan hotel sahibi olun –zövqünüzü oxşayacaq məhsulları təklif edə bilərik”.
“Kansai Paint” şirkətinin regional marketinq meneceri Səid Abdulla Həsən bildirib:
“Məqsədimiz regionda ən çox istifadə olunan boya və örtük istehsalçısı şirkəti kimi təmsil olunmaq və dekorasiya prosesini ev sahibləri üçün ən xoş təcrübələrdən birinə çevirməkdir. MDB ölkələrinin boya bazarlarında son 60 ildə heç bir dəyişiklik olmayıb və bu səbəbdən ev sahibləri yaşayış sahələrini bəzəməyə çətinlik çəkirlər. Biz isə dekorasiya prosesini sadə, əlçatan və ən əsası zövqverici etmək istəyirik. Ailələrin dizayn mütəxəssislərimiz tərəfindən peşəkar məsləhətlərin alacağı və asan tapıla bilən yerlərdə gözəl salonların açılması məqsədimizə nail olmağa imkan yaradır”.
“Kansai Paint” ev sahiblərinin öz yaşayış sahələrini yeniləməkdə daha inamlı olmalarına şərait yaradır və nəzərə alsaq ki, divar kağızı artıq ənənəvi bir tendensiyadır, bu zaman təklif olunan boyalar insanların evlərini bəzəmək mövzusunda regiona yeni seçimlər gətirir.
Açılış mərasimində bir çox dizaynerlər, memarlar, tanınmış şəxslər və KİV nümayəndələri iştirak edib. Qonaqlar təklif olunan dizaynlarla və nadir boyama növləri ilə yaxından tanış olublar, həmçinin, rəssam və dizaynerlərlə müzakirə aparmaq imkanı əldə ediblər.
“Kansai Paint” 100 illik tarixə məxsus bir şirkətdir və dünyada boya istehsalçıları arasında ilk onluqda yer alır. “Kansai” yanaşması sənətin və mənəvi həyatın əbədi gözəlliyini bir daha vurğulayır, ölkənin valehedici ruhu, inadkar çalışqanlıq və gözəlliyə sadiqlik arasında balans yaradır. 1918-ci ildə Katsujiro Iwai tərəfindən əsası qoyulan “Kansai Paint Co.” hal-hazırda Yaponiyanın ən böyük və ən mütərəqqi dekorativ, avtomobil, sənaye, qoruyucu və dəniz örtük istehsalçısına çevrilib. Bu gün şirkət dünyanın ən yaxşı boya istehsalçıları arasında ilk onluqda olmaqdan qürur duyur. “Kansai Paint” artıq Yaponiya hüdudlarından kənara çıxaraq dünyanın hər bir ölkəsində təmsil olunur. “Kansai Paint” müxtəlif ölkələrdə nümayəndə şirkəti vasitəsilə fəaliyyət göstərir və ya qlobal müştəri bazasına yüksək səviyyədə xidmət göstərmək üçün yerli ticarət tərəfdaşları ilə sıx əməkdaşlıq edir.
Reklam hüququnda