Xəbərlər

Avropa İttifaqında vergidən yayınanlara kömək edənlər cərimələnəcək
05 iyul, 2017 16:39

Avropa Komissiyasının üzərində işlədiyi yeni qanun layihəsinə əsasən, şirkətlərin gəlirlərini vergi dərəcələri aşağı olan ölkələrə köçürməklə onlara yardım edənlərə qarşı cərimə tətbiq edilə bilər.

1news.az-ın “vergiler.az” saytına istinadla bildirir ki, yeni sənəd “Deloitte”, “PricewaterhouseCoopers”, “Ernest&Young” və “KPMG” kimi auditor şirkətlərini, eləcə də bank məsləhətçilərini və digər məsləhətçiləri Avropa İttifaqına (Aİ) üzv dövlətlər qarşısında “vergi optimallaşdırılmasının potensial aqressiv sxemləri” barədə hesabat verməyə məcbur edə bilər.

Belə bir addımın atılmasına səbəb vergidən yayınmaya qarşı mübarizəni gücləndirməkdir. Bu, həm də Panama sənədləri ilə bağlı keçənilki qalmaqalların nəticəsi olaraq görülən tədbirlərin tərkib hissəsidir. Tezliklə ictimaiyyətə açıqlanması gözlənilən qanun layihəsi əsasında müəyyənləşdirilmiş qaydalara əməl edilməməklə bağlı cərimələr tətbiq olunacaq, bununla əlaqədar qərar çıxarmaq hüququ isə Avropa İttifaqına üzv ölkələrin özlərində saxlanılacaq.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.