Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan Quliyeva Sahibə İdris qızı və onun nəvəsi Quliyeva Zəhra Elnur qızı dəfn olunublar.
1news.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, hər iki şəxs kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Babək Cahandarov