Yaxın günlərdə J3, J5 və J7 smartfonları ilə təmsil olunan Samsung Galaxy J (2017) smartfon xəttinin Bakıda satışı başlanıb.
Galaxy J5(2017) tamamilə yeni, metal dizayna malikdir, mükəmməl kameralarla (Hər iki kamera 13MP) və təkmilləşdirilmiş təhlükəsizlik (Barmaq izi skaneri) ilə təchiz olunub. Tam metaldan olan eleqant Galaxy J5 (2017) premial dizayna malikdir. Eni 8 mm olan, yuvarlaq kənarlı korpusa malik Galaxy J5, metaldan, enli plastik əlavələrdən və smartfonun üz tərəfini örtən şüşədən hazırlanıb. Ön paneldə barmaq izi skaneri ilə təchiz olunmuş ənənəvi “Home” düyməsi yerləşir.
Samsung Galaxy J5 (2017) seqmentində ən yaxşı 13 MP-lik kamerası ilə təchiz olunub - əsas və frontal. Əsas kamera obyektivin işıq qəbul etmə qabiliyyətinin yaxşılaşdırılması - yəni işıq qüvvəti sayəsində, şəraitdən asılı olmayaraq əla çəkiliş nəticələri nümayiş etdirir. İndi f/1.7 diafraqmalı obyektiv daha çox işıq toplayır. Avtofokus və balans sensoru sayəsində şəkillər artıq daha rəngarəng və aydın alınır. Full HD çəkilişi sayəsində isə həyatınızın vacib anlarını daha yüksək keyfiyyətlə çəkmək mümkündür. 13 MP icazəli ön kameraenli bucaq və f/1.9 işıq qüvvətli obyektivə malikdir. Onu da qeyd etmək lazımdır ki, frontal kamera əksər selfi həvəskarlarının arzusunu reallaşdıracaq, qaranlıq otaq şəraitində belə daha aydın şəkillər çəkməyə imkan yaradan LED-flaşla təchiz olunub. Yeni kameranın istifadəsinin asanlığını təmin edən fuksiyalarından biri də PalmSelfie-dir ki, indi əlinizin içini telefona “göstərməklə” rahatlıqla selfi çəkə bilərsiniz. Həmçinin, yeni funksiyalardan biri də panorama rejimində çəkilişin analoqu olan, enli bucaq şelfidir (110 dərəcə).
Galaxy J5 (2017) sadəcə zövqlü deyil, həmdə istifadə ssenarisindən asılı olmayaraq eyni zamanda bir necə məsələnin həllinin öhdəsindən gələn, çox funksiyalı smartfondur. Smartfon yüksək işləmə surətinə malikdir.1.6 Qhz takt tezlikli, güclü 8-iz nüvəli prosessor fasiləsiz, “donma” yaşanmadan multifunksionallığı təmin edir vəəlavələri bir göz qırpımında açılmasına imkan yaradır. Səkkiznüvəli prosessor smartfonun anında bir necə komnadanın yerinə yetirməsi şəraitində sistemin sürətli işini təmin edir, 14-nanometirlik texnoloji prosess isə enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağa şərait yaradır. Siz rahatlıqla həcmli vəsait tələb edən “ağır” tətbiqlərdən istifadə edə bilərsiniz – cihaz 2 QB RAM ilə təchiz olunub. Əlavə olaraq, smartfon micro SD kart ilə 256 Qb-ta qədər artırıla bilən, 16Qb-lıq daxili yaddaşla komplektləşdirilib.
Galaxy J5 2017 – zövqlü dizayn və tam metal korpusa, mükəmməl kameralara və barmaq izi skanerinə malik olan, son trendlərə uyğun olan bir smartfondur. Samsung Galaxy J5 2017 smartfonu haqda əlavə məlumatı BakuElectronics, İrshadTelecom, KontaktHome, Maxi.az və Soliton mağazalar şəbəkəsindən əldə etmək olar.
Diqqət! Samsung smartfonlarını alarkən mütləq orijinallıq holoqramına nəzər yetirin.
Reklam hüququnda