Bu gün dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.
1news.az
16:51
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
1news.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.
Bakıda dənizdə batan şəxslərin qız və oğlan olduğu məlum olub.
Onların şəxsiyyəti hələlik məlum deyil.
Axtarışlar davam etdirilir.
Babək Cahandarov

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı