İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
30 iyun, 2017 16:17
Azərbaycan-İran sərhədində vətəndaşın üzərində narkotik vasitə aşkarlanıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı onun gödəkcəsinin cibinin astarından xalis çəkisi 0,181 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov