İranın Ali Rəhbəri əfv sərəncamı imzalayıb
30 iyun, 2017 16:00
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş 1049 nəfəri əfv edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Ramazan bayramı münasibətilə humanist və insanpərvərlik prinsiplərini əsas tutan Ali Rəhbərin əfv sərəncamı məhbusların ailələrinin sevincinə səbəb olub.
İran konstitusiyasının 110-cu maddəsinə əsasən Ali Rəhbər azadlıqdan məhrum edilən şəxsləri əfv etmə səlahiyyətinə malikdir.
S.Xankişiyeva