18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib
30 iyun, 2017 15:00
18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
M.Ağayev qeyd edib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə edilən dəyişiklik iyulun 1-dən qüvvəyə minir.
“Test rejimi müddətində yeni sxem üzrə hərəkət edən avtobusların sayı 23-dən 31-ə qədər artırılacaq. Sonralar isə bu say sərnişin axınına uyğun olaraq tənzimlənəcək”- deyə, BNA rəsmisi qeyd edib.
Babək Cahandarov