Batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas ediliblər
30 iyun, 2017 14:10
İyunun 29-da saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib.
1news.az-ın DSX-nin Mətbuat Mərkəzinə istinadən verdiyi xəbərə görə, görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri, 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.
Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.
Babək Cahandarov

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı