Şamaxı sakini “Hovo”nun qurbanı oldu
30 iyun, 2017 13:16
Şamaxı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən sözügedən rayonun Laləzar kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Pənah Xudaverdiyev Şəmkir rayon sakini Elvin Rüstəmovun idarə etdiyi “Hovo” markalı avtomobildən yük boşaldarkən yük yerinin qapağı qəflətən bağlandığından başına dəyib və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov