Xəbərlər

Yetişmiş qarpızı necə seçmək olar?
29 iyun, 2017 21:47

Yerli iqlimə əsasən qarpız iyul-avqust aylarında yetişir, bazara çıxarılır. Lakin yola salmaq üzrə olduğumuz iyun ayında da bazarlara kifayət qədər qarpız çıxaranlar var.

Buna baxmayaraq, bəzi alıcılar hələ də qarpız almaqda tərəddüd edirlər. Səbəb isə ya alacağı qarpızın tərkibində gübrənin çox olması, ya da tam yetişməməsi ehtimalıdır. Əlbəttə ki, hər bir alıcı öz seçimində yanılmamağa çalışır. Amma, etiraf edək ki, bu, hər zaman uğurlu olmur.

Digər tərəfdən, hazırda rayonlarda parnik üsulu ilə becərilən qarpızlar da bu bostan bitkisinin daha tez yetişməsi ilə nəticələnib. Fermerlər parnik üsulu ilə daha tez qarpız yetişdirib, çoxlu gəlir əldə etmək istəyirlər.

Bəs yetişmiş qarpızı necə tanımaq olar? Məlumdur ki, dədə-babalarımız qarpız alarkən bir sıra ənənəvi üsullardan istifadə ediblər. Məsələn, yetişmiş qarpızı yüngülcə əl ilə vurduqda o, yay kimi əli geri qaytaracaq. Əgər dəymiş qarpızı qulağınıza söykəyib astaca sıxsanız, o zaman xışıltılı səs eşidilməlidir. Digər üsul isə qarpızın üstündəki zoğun saralmasıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiya və toxumçuluq şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Zibeydə Əliyeva AZƏRTAC-a bildirib ki, qarpızın tərkibi şəkərlər, mineral duzlar və vitaminlərlə zəngindir. “Bəzi fermerlər məhsulu tez süni surətdə selofan altında yetişdirərək, yüksək dozalı azot gübrəsi verir, qarpızın həddən artıq böyüməsinə nail olur. Bu halda qarpızın keyfiyyəti aşağı düşür, sağlamlığa mənfi təsir göstərir. Ümumiyyətlə, təbii şəraitdə yetişmiş bu bostan məhsulunda nitratın miqdarı 1 kiloqramda 60 milliqramdan artıq olmamalıdır. Tərkibində nitratı çox olan qarpızı kəsərkən içərisində ağ damarlı, turş dadlı hissə olur və nisbətən bərkliyi ilə seçilir. Bu cür qarpızı yemək təhlükəlidir və zəhərlənmə baş verə bilər. Ümumiyyətlə, bostan bitkiləri, o cümlədən qarpız günəş şüası düşən yerlərdə əkilib-becərilməli, yığıma 15-20 gün qalmış suvarma dayandırılmalıdır”, - deyə mütəxəssis qeyd edib.

Zibeydə Əliyeva yetişmiş qarpız alarkən alıcıların nəyə diqqət etməli olduğunu da deyib. O, qarpız seçərkən sınaqdan çıxarılan üsulları sadalayaraq bildirib ki, yetişmiş qarpızın saplağı və onun yanındakı bığcığı quruyur, naxışlar tam aydın görünür, barmaqla vurarkən küt səs verir, səthi parlaq olur, sıxarkən xışıltıya bənzər səs eşidilir. Əlbəttə, çox bərk sıxmaq qarpızın xarab olması ilə nəticələnə bilər. Ümumiyyətlə, təcrübəli bostançı, yaxud alıcı qarpızın yetişib-yetişmədiyini ona ilk baxışda müəyyən edir.

Qeyd edək ki, qarpız çox şəkərli, şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Qarpızda 8-12 faiz şəkər var. 10-15 kiloqramlıq qarpızda 1-1,5 kiloqram təmiz şəkər olur. Məhsulun böyük müalicəvi əhəmiyyəti var. Orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır.

Qarpızı nisbi rütubətliyi 60-80 faiz, temperaturu isə 2-30 dərəcə olan yerdə saxlamaq lazımdır. Hər gün yoxlanılmalı və azacıq zədələnmə olarsa, istifadə edilməlidir. Sortlardan asılı olaraq, qarpızı 3-6 aya kimi saxlamaq mümkündür.

AZƏRTAC

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.