Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan 1news.az-a verilən məlumatda qeyd olunur ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.
“R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcək. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”- deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, R. Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionudur.
Mövzu ilə əlaqədar:
Azərbaycan çempionunu maşın vuraraq öldürüb
Babək Cahandarov