Xəbərlər

“Qazprom” Türkiyə bazarını tərk edə bilər
28 iyun, 2017 11:36

Qazprom” Qrupu “Bosphorus gas” və “Akfel Holding”dəki paylarını sata bilər.

1news.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu şirkətlərdəki payını satacağı təqdirdə Rusiya şirkəti Türkiyənin daxili bazarından tamamilə çıxacaq. Bununla da, “Qazprom” Qrupu Türkiyə üçün yalnız qaz ixracatçısı olaraq qalacaq.

 Məlumata görə, “Qazprombank” Rusiya qazını Türkiyəyə ixrac edən əsas şirkətlərdən olan “Enerco” və “Avrasiya”da nəzarət paketinə sahib olan “Promak”dakı payından imtina etmək üçün hazırlıq görür. Qeyd edək ki, “Promak” “Qazprombank” və “Akfel Holding”in birgə müəssisəsi olaraq təsis edilib.

 Mütəxəssislər hesab edir ki, Türkiyənin daxili bazarını tərk etməsi qiymət mübahisələrində “Qazprom”un mövqeyini gücləndirəcək. Bu, Rusiya şirkətinin təchizat biznesində birbaşa maraqlarının olmayacağı ilə izah edilir.

Xatırladaq ki, bu ilin may ayının əvvəlində “Qazprom” “Türkiyə axını”nın dəniz hissəsində inşaat işlərinin başlandığını bəyan edib.  Boru kəmərinin iki qolunun gücü 15,75 mlrd. kubmetr təşkil edəcək. Tikinti işləri 2019-cuilin sonlarında başa çatacaq.  

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.