Masallıda zəlzələ olub
28 iyun, 2017 11:05
Azərbaycan ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 1news.az-a verilən məlumata görə, iyunun 28-də saat 09:41-də Lənkərandan 26 kilometr şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.0 olan, 24 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.
1news.az