Google 2.7 milyard dollar məbləğində cərimələnib
27 iyun, 2017 16:27
Avropa Komissiyası Google şirkətini 2.42 milyara avro (2.7 milyard dollar) məbləğində cərimə kəsib.
1news.az-ın Mk.ru-ya istinadla verdiyi xəbərə görə, şirkət rəqabət qaydalarını pozduğu üçün cərimələnib.
Bildirilir ki, Google axtarış sistemi onlayn alış-verişlə bağlı müraciət edən istifadəçiyə ilk sırada özünün "Shopping Box" xidmətini nümayiş edir, digər şirkətlərin təkliflərini isə arxa planda qalır.
Avropa Komissiyası bir neçə ildə Google-a məxsus "Alphabet" şirkəti ilə bağlı tədqiqat aparıb.
S.Xankişiyeva