Norm Sement Müqəddəs Ramazan ayı münasibətilə müştəriləri və media nümayəndələri üçün iftar süfrələri təşkil edib.
İlk iftar məclisində şirkətin pərakəndə satışını həyata keçirən dilerlər, Norm Ustalar Klubunun Bakıdakı nümayəndələri daxil olmaqla 300-ə yaxın, növbəti gün açılan iftar süfrəsində isə kütləvi informasiya vasitələrindən 40-a yaxın nümayəndə iştirak edib. İftar süfrəsi ətrafında şirkət nümayəndələri hər kəsi bir-bir salamlayıb, müştərilər və media nümayəndələri ilə səmimi mühitdə söhbət ediblər.
Norm Sement bu müqəddəs ayda öz müştəriləri və media nümayəndələri ilə bir araya gələrək İslamda birliyə verilən önəmi bir daha nümayiş etdirib.
Şirkət Müqəddəs Ramazan ayı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə Uca Allahdan sülh və bərəkət diləyir!
Reklam hüququnda