DİN Daşkəsəndə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yaydı
22 iyun, 2017 13:48
Daxili İşlər Nazirliyi dünən Daşkəsəndə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.
1news.az xəbər verir ki, məlumata görə, iyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində kənd sakini Kamilə Məmmədovanın və 40 günlük qızının küt alətlə qətlə yetirilən meyitləri evlərində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın əri, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.
Babək Cahandarov