Fransada yeni hökumət formalaşıb
21 iyun, 2017 22:23
Fransada iyunun 18-də baş tutan parlament seçkilərinin nəticələrinə görə hökumət formalaşıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının baş katibi Aleksi Koler bildirib.
Hökumətin istefası əvvəlcədən formal xarakter daşısa da, bir sıra siyasi qalmaqal səbəbindən 4 nazir postunu tərk etməli olub. O cümlədən müdafiə naziri postunda Silvi Quları Florans Parli, Ədliyyə naziri postunda isə Fransua Bayrunu Nikol Ballube əvəzləyib.
1news.az