Astana Beynəlxalq Hava Limanına Nazarbayevin adı verilib
21 iyun, 2017 10:15
Astana Beynəlxalq Hava Limanına Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adı verilib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı ölkənin baş naziri Baxıtcan Saqintayev müvafiq sərəncam imzalayıb.
Fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək.
Astana Hava Limanı 1931-ci ildə inşa edilib. Hazırda gün ərzində 14 aviaşirkətin 40 təyyarəsini qəbul edir.
Pərvanə Sultanova