Pul kisəsindən psixotrop maddə, telefondan isə narkotik vasitə çıxdı
21 iyun, 2017 21:12
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt qeydə alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, gömrük baxışı zamanı, sözügedən vətəndaşa məxsus pul kisəsində xalis çəkisi 29,129 qram olan metamfetamin adlı psixotrop maddə, mobil telefonun arxa qapağının altında isə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 2,864 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az