Yevlax sakini qumbara partlaması nəticəsində ölüb
21 iyun, 2017 19:00
Yevlax sakini əl qumbarasının partlaması nəticəsində ölüb.
Yevlax rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, bu gün Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1news.az