Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
21 iyun, 2017 17:11
Rusiyanın Stokholmdakı səfiri Su-27 təyyarəsini müşayiət etməsi ilə bağlı İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, İsveç Silahlı Qüvvələri bazar ertəsi Su-27-nin çox yaxın məsafədə Baltik dənizi üzərində beynəlxalq hava sahəsində İsveç hərbi təyyarəsini müşayiət etməsini iddia edib.
Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib. Lakin nazirlik dəfələrlə bəyan edib ki, rus təyyarələri bütün uçuşları digər dövlətlərin sərhədlərini pozmadan, beynəlxalq qaydalara ciddi riayət etməklə həyata keçirir.
Ötən həftə Rusiya Müdafiə Nazirliyi Baltik dənizi üzərində planlaşdırılmış uçuş zamanı İsveç qırıcı JAS-39-un Rusiyanın Tu-160 raketdaşıyıcısını müşayiət etdiyini açıqlamışdı.
Pərvanə Sultanova