Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.
1news.az Apa-ya istinadla xəbər veir ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prokurorluqdan həmçinin bildirilib ki, R. Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.
Qeyd edək ki, bu gün Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.
Şahvələdli kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.
Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur.
1news.az