Xəbərlər

İtaliyanın nüfuzlu səyahət portalında Bakıdan bəhs edən məqalə dərc olunub
20 iyun, 2017 09:33

İtaliyanın nüfuzlu  “Turismo.it” səyahət portalında “Azərbaycan: Bakını kəşf etmək üçün atılası 10 addım” adlı məqalə dərc olunub.

1news.az-ın verdiyi xəbərə görə, məqalədə ölkəmizin paytaxtı Bakının gözəllikləri ilə tanış olmaq üçün turistlərin gedə biləcəyi ecazkar məkanlarından bəhs olunur.

Yazıda Xəzər dənizinin sahilində yerləşən şəhərin xüsusilə Milli Dənizkənarı Park hissəsinin gözəlliyi və sahilboyu uzanan müxtəlif attraksionlar, “Park Bulvar” ticarət mərkəzi və dünyada ən hündür Azərbaycan bayrağının dalğalandığı dirəyin yerləşdiyi Dövlət Bayrağı Meydanı haqqında məlumat verilir. Bundan əlavə, Bakı funikulyoruna minməklə dəniz kənarından Bakının üfüq xəttini kəsən üç göydələn-Alov Qüllələrinə gəlib çatmaq və Bakının gözəl mənzərəsinə tamaşa etməyin mümkünlüyü qeyd olunur.

Məqalədə Bakı şəhərində qiymətlərin münasibliyi, həmçinin yerli mədəniyyəti təbliğ edən muzey-restoranlara baş çəkməyin vacibliyi bildirilir.

Müəllif, yorğunluğu çıxarmaq üçün şəhərin bir çox xarakterik yerlərində müxtəlif quru meyvələr və paxlava ilə təqdim olunan çay içməkdən, həmçinin müxtəlif növ kabab yeməkdən zövq almaq mümkünlüyünü diqqətə çatdırır. Gözəl Bakı gecələrində minlərlə paytaxt sakini müxtəlif memarlıq üslubunda tikilmiş binaların arası ilə gəzişərək, günü başa vururlar. Nizami küçəsi əsas alış-veriş və ticarət mərkəzlərinin yerləşdiyi məkandır və burada mağazalar çox gec bağlanırlar.

Məqalədə Xalça Muzeyi barədə də danışılır: “Bina bükülmüş böyük xalçanı xatırladır və burada xalça mədəniyyətinin ecazkar nümunələrinə heyran ola bilərsiniz. Muzeydə müxtəlif əsrlərə məxsus xalça və digər tətbiqi incəsənət əsərlərinin 10 min nümunəsindən ibarət kolleksiya saxlanılır. Muzeyin əməkdaşları məmnuniyyətlə sizə müxtəlif xalçaların mənaları və hazırlanması texnikası haqqında müvafiq məlumatlar verəcəklər”.

Müəllif məqalədə Bakı metrosunun münasib qiymətə olduğunu və stansiyaların zəngin memarlıq və dizayn nümunələri ilə bəzədildiyini diqqətə çatdırır.

Yazıda Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilir, memar Zaha Hadidin şah əsərlərindən biri sayılan bu binanın kərpic və sementdən hazırlanan sovet memarlığına Azərbaycan tərəfindən tutarlı cavab olduğu vurğulanır.

Həmçinin İçərişəhər haqqında danışılır, buranın 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs nümunələri siyahısına daxil edildiyi, ərazidə qədim tarixə malik abidələr, o cümlədən “Qız qalası, Cümə məscidi, Hamam məhəlləsi və Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyi bildirilir.

Məqalə ilə http://www.turismo.it/oltreconfine/articolo/art/azerbaijan-10-cose-da-fare-per-scoprire-baku-id-14836/  linkindən tanış olmaq mümkündür.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.