AZAL-ın təyyarəsi Pekin hava limanına uğurlu eniş edib
20 iyun, 2017 09:05
Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.
S.Xankişiyeva