Bakının iki rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq
20 iyun, 2017 20:13
Sabah Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar 21 iyun tarixində saat 09:00-dan 15:00-dək Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Babək Cahandarov