Bakıda "Cənub-Qərb" nəqliyyat marşrutu üzrə güzəştli tariflərin tətbiqi müzakirə edilir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müzakirələr Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşündə aparılır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Cənub-Qərb" nəqliyyat marşrutu barədə məlumat verərək bildirib ki, bu marşrut Hindistan-Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqamətində fəaliyyət göstərir. İl ərzində Hindistan-Avropa istiqamətində ümumi daşımaların həcmi 72 milyon ton, Avropa-Hindistan istiqamətində isə 25 milyon ton yük təşkil edir.
C.Qurbanov qeyd edib ki, "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilməli, güzəştli tariflər tətbiq edilməlidir.
S.Xankişiyeva