Gələn ay Astanada Suriya üzrə növbəti danışıqlar keçiriləcək
19 iyun, 2017 10:27
Suriya münaqişəsinin tənzimlənməsi üzrə danışıqların növbəti raundu iyulun 10-də Astanada keçiriləcək.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib ki, danışıqlarda BMT-nin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi De Mistura da iştirak edəcək.
Lavrovun sözlərinə görə, məhz bu görüşdə tərəflər de-eskalasiya zonalarında mövcud olacaq rejimin konkret parametrlərinin razılaşdırılmasını yekunlaşdıracaqlar.
Pərvanə Sultanova