Xəbərlər

Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməsi üçün yüklər Bakıya gətirilib - FOTO
19 iyun, 2017 16:39

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına yüklərin gətirilməsinə başlanılıb.

1news.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanının xidmətindən verilən məlumata əsasən, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilmişdir. Daha iki reys bu həftə yerinə yetiriləcək.

Reysləri Silk Way Airlines, Cargolux, Qatar Cargo və AirBridgeCargo yük aviaşirkətləri yerinə yetirirlər.

Formula-1 Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.