Yəməndə hava zərbələri nəticəsində 24 nəfər ölüb
18 iyun, 2017 20:21
Yəmənin şimalında hava zərbələri nəticəsində azı 24 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Saba agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, zərbə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin şimalındakı Saad əyalətində endirilib.
Qeyd olunur ki, zərbə Əl-Maşnak bazarına endirilib və bu zaman orada dinc sakinlər olub.
1news.az