Bu gün VMF şirkəti Azərbaycanda ilk dəfə olaraq dünyaca məşhur Casio saatlarının G-SHOCK butikinin böyük açılışını edib.
1news.az-ın məlumatına görə, açılışda məşhur simalar, saat həvəskarları və gənclər iştirak edərək, “öz güclərini göstəriblər”.
Saatların dözümlülüyünü əyani nümayiş etdirmək üçün suya, ağırlığa, zərbəyə və temperatura davamlılıqla bağlı müxtəlif testlər keçirildi. Müsabiqələrdə qalib gələn iştirakçılara Casio saatları hədiyyə edilib.
Casio G-Shock saatları Yaponiya istehsalıdır. Bu qol saatları zərbəyə, suya, toza, palçığa, istiyə, soyuğa maksimum dözümlüdür. Qırılmaq və xarab olmaq kimi probleminin olmaması ilə dünyanın bütün digər saat brendlərindən fərqlənir. Hər büdcəyə uyğun saatlar qlobal səviyyədə çox dəbli və məşhurdur.
Rihanna, Selena Qomez, Pharrel, Eminem və hətta Dmitri Medvedyev kimi məşhurlar da G-Shock istifadəçiləridir.
Bununla yanaşı G-SHOCK-lar barometr, termometr, altimetr, kompas, gün, tarix, il, zəngli saat kimi bir çox funksiyaları ilə saat dünyasında özünə rəqib tanımır. Nyu-York, Paris, Berlin, Tokio, Seul kimi şəhərlərin gəncləri artıq çoxdan G-SHOCK həvəskarıdır.
G-SHOCK sevən, idmanı həyat tərzinə çevirmiş son dəbli, müasir və aktiv gənclərin sayı artıq Bakıda da hər gün artmaqdadır. Artıq ən dəbli orijinal Casio saatlarını VMF salon və butiklərindən münasib qiymətlərə əldə etmək mümkündür.
Xatırladaq ki, VMF şirkəti 1997-ci ildən ən məhşur İsveçrə və Yaponiya saat brendlərinin Azərbaycanda rəsmi və ekskluziv distributorudur.
Özünüzə G-SHOCK yaşadın!
G-SHOCK Butikin ünvanı: 28 May Küçəsi 34a, 23 nömrəli məktəbin yaxınlığı.
Əlaqə nömrəsi: 050 257 80 28
Reklam hüququnda