Biznesmenə 1,5 milyon avroluq “Atalar günü” hədiyyəsi
18 iyun, 2017 16:43
Məşhur türkiyəli biznesmen Əli Ağaoğluna qızı Sena və kürəkəni Koray Kırcal “Atalar günü” hədiyyəsi olaraq 1,5 milyon avroluq maşın alıblar.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hədiyyə “Rolls Royce” markalı lüks avtomobil olub.
Bu, lüks avtomobillər həvəskarı olan biznesmenin 11-ci maşınıdır.
Qeyd edək ki, avtomobil 6 ay öncə Londondan sifariş edilib.
1news.az