Təyyarə hava boşluğuna düşdü, 20 nəfər yaralandı
18 iyun, 2017 15:15
“China Eastern Airlines” şirkətinə məxsus təyyarənin hava boşluğuna düşməsi nəticəsində 20 nəfər müxtəlif xəsarət alıb.
1news.az xəbər verir ki, Paris-Kunmin istiqamətində uçan təyyarə təyinat məntəqəsinə çatmağa yaxın hava boşluğuna düşüb.
Şirkətin rəsmi “Weibo” profilində bildirilir ki, təyyarə cədvəl üzrə vaxtdan 1 saat gec - yerli vaxtla səhər 9:00 radələrində Kunminə enəndən sonra yaralılar xəstəxanalara çatdırılıblar. Onlardan 4-nün zədəsi ağırdır.
1news.az