Xəbərlər

Avropa İttifaqının komissarı: Bakı Limanı Avrasiya ölkələri arasında ticarətə yeni təkan verəcək
16 iyun, 2017 20:22

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Azərbaycana səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ilə tanış olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfər çərçivəsində qonağa yeni Bakı Limanı və onun ətrafında qurulmaqda olan Azad Ticarət Zonasının (ATZ) Azərbaycana verəcəyi töhfələr barədə məlumat verilib. Yohannes Han, həmçinin limanın ərazisi, beynəlxalq standartlara uyğun prosedurlar, o cümlədən gömrük, sərhəd, bankçılıq xidmətləri, TIR-lar üçün yaradılmış şəraitlə əyani tanış olaraq, bərə terminalına baxış keçirib.

Görüş zamanı qonağa məlumat verilib ki, yeni Bakı Limanının tikintisinin birinci fazası bitdikdən sonra yükaşırma qabiliyyəti 15 milyon ton olacaq. Tikintinin ikinci və üçüncü fazaları yekünlaşandan sonra isə liman 25 milyon ton yük, o cümlədən 1 milyon TEU konteyner aşıra biləcək.

Komissar Yohannes Han ölkəmizə səfəri çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə səfər etməsini vacib hadisə kimi dəyərləndirib. O, Bakı Limanının Mərkəzi Asiyaya çıxış qapısı olduğunu, Avropa İttifaqının (Aİ) qonşuluq siyasətində mühüm yer tutduğunu vurğulayaraq qeyd edib ki: “Avrasiya məkanında mühüm nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Limanı məni heyran etdi. Bu liman Azərbaycanla bütün region və Avrasiya ölkələri arasında ticarətə yeni təkan verəcək. Qeyd olunan layihə ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin qəbul etdiyi iqtisadi islahatlar haqqında yol xəritəsinin xoş səylərini nümayiş etdirir.”

Bakı Limanının baş direktoru Taleh Ziyadov liman ətrafında qurulmaqda olan ATZ-nin Avropa İttifaqı şirkətləri və investorları üçün ideal logistika, paylaşdırma və istehsalat mərkəzi olduğunu vurğulayıb. Qeyd edilib ki, zonada neft-kimya, əczaçılıq, maşınqayırma, tekstil və sair sahələrdə istehsalatın qurulacağı planlaşdırılır. Eyni zamanda, ATZ-nin xüsusi qanunvericiliklə tənzimlənəcəyi nəzərdə tutulur.

Baş direktor Ziyadov bildirib ki, Azərbaycanın böyük hab konsepsiyası hazırda İpək Yolu layihəsində iştirak edən müxtəlif ölkələrin diqqət mərkəzindədir və bu konsepsiyaya maraq olduqca yüksəkdir. İnanıram ki, Ələt ATZ Mərkəzi Asiya, Çin, Türkiyə, İran, Hindistan, Pakistan, Rusiya kimi ölkələrlə ticarət əlaqələri quran Avropa investorları və şirkətləri üçün mühüm əlaqələndirici məkan olacaq.

Xatırladaq ki, Bakı Limanı Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. İttifaq ilə Bakı Limanı arasında yeni Bakı Limanının və Ələt Azad Ticarət Zonasının əməliyyat imkanlarının yaxşılaşdırılmasına dəstək adlı layihə sənədi imzalanıb. Layihə çərçivəsində digər tədbirlərlə yanaşı Aİ-nin Hamburq, Koper və Trieste kimi qabaqcıl limanlarına təlim səfərləri təşkil olunmuş və təcrübə mübadiləsi aparılıb. Ümumiyyətlə, Bakı Limanının müasir və şəffaf prinsiplərə söykənən iş rejimi, “yaşıl” və “smart” texnologiyalardan istifadəsi Avropa İttifaqı tərəfindən dəstəklənir.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.