Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1261 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu”na əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Yəhya Musayev - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatınazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Niyazi Rəhimov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini
Ramin Məmmədov - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Arif Məmmədov - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru
Ziya Əliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərsin.
S.Xankişiyeva