Göyçayda zəlzələ olub
16 iyun, 2017 18:35
Göyçayda 4 bal gücündə zəlzələ olub.
1news.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 17:41:12 -də Göyçay ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, ətraf rayoynlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.3, dərinliyi 50 km olub.
S.Xankişiyeva