Rusiya mətbuatı: İŞİD lideri öldürüldü
16 iyun, 2017 16:34
Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin öldürüldüyü barədə məlumatı yoxlayır.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Əbu-Bəkr əl-Bağdadinin mayın 28-də Rəqqanın cənubunda raket zərbələri zamanı öldürüldüyü iddia edilir.
Hava zərbələri nəticəsində İŞİD-in “Hərbi Şurasına” daxil olan şəxslər, o cümlədən 330-a yaxın terrorçu öldürülüb.
Öldürülənlər arasında Rəqqa “əmiri” Əbu əl-Həci əl-Misri, Rəqqadan Əc-Sühnayədək əraziyə nəzarət edən İbrahim Ən-Nəef əl-Həcc və İŞİD-in “təhlükəsizlik xidmətinin başçısı” Süleyman Əl-Şauah var.
Qeyd edək ki, Bağdadinin dəfələrlə ölüm xəbəri yayılsa da, bu məlumatlar öz təsdiqini tapmayıb.
Babək Cahandarov