ABŞ konsulluğunda qorxulu anlar yaşandı: Üzərimdə bomba var
15 iyun, 2017 19:32
ABŞ-ın İstanbulda yerləşən Baş Konsulluğunda qorxulu anlar yaşanıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, İran əsilli Amerika vətəndaşı olan şəxs konsulluğun önündə qışqıraraq üzərində bomba olduğunu deyib.
Konsulluğun təhlükəsizlik xidməti dərhal polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq üzərinə baxış keçiriblər.
Məlum olub ki, onun üzərində hər hansı partlayıcı maddə yoxdur.
Adı açıqlanmayan şəxsin əqli probleminin olduğu bildirilib.
S.Xankişiyeva

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı