Həyətində çətənə kolu yetişdirən Lənkəran sakini tutulub
15 iyun, 2017 17:51
Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Zeytulla Nuriyevin evinin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Babək Cahandarov