Maqadişoda restorana hücum olub: ölənlərin sayı 18 nəfərə çatıb
15 iyun, 2017 16:49
Somalinin paytaxtı Maqadişoda yaraqlılar restorana hücum ediblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində azı 18 nəfər həyatını itirib.
Əvvəlcə restoranın qarşısında minalanmış avtomobil partladılıb. Sonra silahlılar otelə girərək insanları girov götürüblər.
Hücumu yalnız səhərə yaxın dayandırmaq mümkün olub. Somalı Təhlükəsizlik Nazirliyi nümayəndəsinin dediyinə görə, silahlılar xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Restorana hücumun məsuliyyətini Somalidə fəaliyyət göstərən “Əş-Şəvab” terror qruplaşması üzərinə götürüb.
Babək Cahandarov