Ata qızını bıçaqladı
14 iyun, 2017 10:19
Bakının Xəzər rayonunda ata qızını bıçaqlayıb.
1news.az "Report"a istinadən xəbər verir ki, Binə qəsəbəsində yaşayan Əşrəfzadə İsfəndiyar 2001-ci il təvəllüdlü qızı Əşrəfzadə Hökumə ilə mübahisə edib.
Bu zaman o, qızına üç bıçaq zərbəsi vurub. Nəticədə qız xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Ə.İsfəndiyar ruhi əsəb xəstəliyindən əziyyət çəkir.
1news.az